“Gücümüz cəsarətimizdədir!” aksiyası keçiriləcək

12 noyabr 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı, idman federasiyalarının dəstəyi ilə “Gücümüz cəsarətimizdədir!”  aksiyası keçiriləcək.

Məqsəd qızların cəmiyyətdə bərabərhüquqlu iştirakçılığının artırılması,  qızlar arasında idmanın təşviqi və sağlam həyat tərzinin təbliği, onların asudə vaxtının səmərəli təşkilidir.

Aksiya çərçivəsində təşkil olunan tədbir 13 noyabr 2023-cü il tarixində, saat 13.30-da Bakı şəhəri Dənizkənarı Milli Parkın Azneft dairəsi hissəsindən yürüşlə başlayacaq. Daha sonra saat 14:00-da rəsmi açılış mərasimi keçiriləcək və ardınca 6 idman növü üzrə (cüdo, karate, gimnastika, basketbol, şahmat, futbol) federasiyaların təlimçi və idmançılarının ustad dərsləri baş tutacaq.