“Tikinti sektorunun inkişafında qadınların rolu, problem və perspektivləri” mövzusunda konfrans keçiriləcək

12 dekabr 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əməkdaşlığı ilə “Tikinti sektorunun inkişafında qadınların rolu, problem və perspektivləri” mövzusuna həsr olunmuş konfrans keçiriləcək.

Konfransın təşkilində məqsəd tikinti sektorunda qadınların fəaliyyətinin artırılması, inkişaf problemlərinin araşdırılaraq, bu sahə üzrə müvafiq proqramın hazırlanmasına dəstək göstərilməsidir.

Millət vəkilləri, eləcə də aidiyyəti dövlət qurumları, təhsil ocaqları, vətəndaş cəmiyyəti institutu nümayəndələri və sahibkarların iştirak edəcəyi tədbir 13 dekabr 2023-cü il tarixində saat 15.00-da, Bakı KOB Evində (Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) baş tutacaq.