Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə regionlarda tədbirlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Zərdab, Zaqatala, Göygöl, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində regionlarda müxtəlif tədbirlər həyata keçirilib.
Tədbirlər çərçivəsində mərkəzlərin əməkdaşları Şaxta baba və Qar qızla birlikdə rayon ərazisində və kəndlərdə şəhid və qazilərin, aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrini ziyarət edib, onların qayğıları ilə maraqlanıb, onlara qarşıdan gələn bayramlar münasibətilə xoş arzu və diləklərini bildirib, uşaqları hədiyyələri ilə sevindiriblər.
Yekunda uşaqlar üçün musiqili-əyləncəli proqramlar təşkil edilib, uşaqlar rəqs edib və şeirlər səsləndiriblər.