İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının iclası keçirilib

28 dekabr 2023

Paylaş:

27 dekabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının iclası keçirilib.

Dövlət Komitəsinin sədr müavini, Ekspert Şurasının sədri Aynur Sofiyeva iclası açıq elan edərək, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun icrası ilə əlaqədar gündəlikdə duran məsələləri diqqətə çatdırıb, bu istiqamətdə tədbirlərin gücləndirilməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinin zəruri olduğunu vurğulayıb, qanunvericiliyin tətbiqi zamanı meydana çıxan və çətinlik yaradan məqamlar qeyd olunub.

Daha sonra Ekspert Şurasının üzvləri Qanunun icrası ilə bağlı təmsil etdikləri qurumlar tərəfindən 2023-cü il üzrə həyata keçirilmiş tədbirləri diqqətə çatdırıblar.

Daha sonra 2023-cü il ərzində Müsabiqə Komissiyası tərəfindən keçirilmiş müsabiqələr nəticəsində informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ixtisas attestatı təqdim olunmuş ekspertlər Şura üzvlərinə təqdim olunub.

Görüş çərçivəsində informasiya məhsulunun istehsalçıları, yayıcıları və ekspert təşkilatları üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi istiqamətində təkliflər müzakirə edilib.

Görüşdə Komitənin əməkdaşları Cəmilə Bağırova, Seymur Məmmədov, Könül Tağızadə, Audiovizual Şurasının nümayəndəsi Ayxan Sadıqlı, Mədəniyyət Nazirliyinin nümayəndəsi Elşad Əliyev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Məhsəti Quliyeva, pedaqoq-psixoloq Kəmalə Qəhrəmanova, psixoloq Fatimə Bayramova və informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlər iştirak ediblər.

Yekunda növbəti ildə görülməsi nəzərdə tutulan tədbirlərlə bağlı təkliflər müzakirə edilib.