Dövlət Komitəsinin əməkdaşları üçün “Etik davranış və daxili intizam qaydaları” mövzusunda təlim keçirilib

22 dekabr 2023

Paylaş:

“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiyası” üzrə Fəaliyyət Planının icrası məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları üçün “Etik davranış və daxili intizam qaydaları” mövzusunda  təlim keçirilib.

Təlimdə Komitənin Daxili nəzarət sektorunun əməkdaşı Roza Şamiyeva tərəfindən dövlət qulluqçularının qarşılaşa biləcəkləri etik dilemmaların qanunvericilik çərçivəsində həlli yolları, daxili intizam qaydaları, əmək intizamı və digər məsələlər barədə ətraflı məlumat verilib.

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.