Dövlət Komitəsi “Uşaqdan-uşağa” layihəsi çərçivəsində Hökməli və Masazır qəsəbə tam orta məktəblərinin buraxılış sinif şagirdləri üçün təlim keçirib

21 dekabr 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvləri tərəfindən Hökməli qəsəbə tam orta məktəbi və Masazır qəsəbə 6 saylı  tam orta məktəbinin buraxılış sinif şagirdləri üçün təlim keçirilib.

Təlimi salamlama nitqi ilə Komitəsinin əməkdaşıTəranə Piriyeva açaraq bu kimi təlimlərin şagirdlər, xüsusən də abituriyentlər üçün motivasiya mənbəyi olduğunu vurğulayıb, onlara öz təhsil həyatlarında uğurlar arzu edib.

Daha sonra Uşaq Səfirlər Məclisinin üzvləri Jalə Muradlı, Xəlil Babayev və Nicat Əliyev tərəfindən "Düşüncələrimizin kölgəsinə" adlı təlim keçirilib.

İnteraktiv təlimin əsas məqsədi stereotipli yanaşmaların, o cümlədən ailə, məktəb və dost əhatəsi daxil olmaqla yeniyetmələrə qarşı psixoloji basqının qarşısının alınması yönündə maaarifləndirici məlumat vermək olub.

Təlimdə sosial basqı praktiki şəkildə oyun üzərində göstərilib və uşaqların mövzu ətrafında sualları cavablandırılıb.