Komitənin “Ailəm könüllüləri” proqramının iştirakçıları “Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu”nda təmsil olunublar

14 dekabr 2023

Paylaş:

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan və ölkədə fəaliyyət göstərən 3 mindən çox könüllünü bir araya toplayan Forum 13 dekabr 2023-cü il tarixində Bakı Konqres Mərkəzində keçirilib.

Forum çərçivəsində il ərzindəki fəal təşəbbüslərinə görə “İlin könüllüləri” seçilib. Onların sırasında Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin könüllüsü İlahə Məhərrəmli də var.

Könüllülərin il ərzində fəaliyyətlərini diqqət mərkəzində saxlamaq və qiymətləndirmək məqsədilə 5-19 dekabr tarixlərində keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində baş tutan Forum zamanı Karyera Sərgisi də təşkil olunub. Sərgi zamanı könüllülər müxtəlif yerli və xarici şirkətlərin iş imkanları barədə ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, hazırda Komitə tərəfindən keçirilən “Ailəm könüllüləri” proqramında 30-a yaxın könüllü iştirak edir.