Lənkəran şəhərində vətəndaş qəbulu keçiriləcək

15 dekabr 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 22 dekabr 2023-cü il tarixində, saat 11:00-da Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.

Qəbul zamanı Lənkəran şəhəri, Astara və Lerik rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.