Uşaq Səfirlər Məclisi tərəfindən intelektual yarış təşkil edilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin ümumtəhsil müəssisələri üzrə nümayəndəliyinin fəaliyyət göstərdiyi Heydər Əliyev adına liseydə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş intellektual yarış təşkil edilib.
İntellektual yarış zamanı Ümummilli lider Heydər Əliyevin uğurlu siyasətini özündə əks etdirən maraqlı suallar səsləndirilib, yarışın qalibləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Heydər Əliyev adına lisey tərəfindən hədiyyə və diplomlarla təltif edilib.