Müsabiqənin müsahibə mərhələsi keçirildi
Paylaş:
04 dekabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Müsabiqə Komissiyası tərəfindən informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə elan edilmiş müsabiqənin müsahibə mərhələsi keçirilib.
Müsahibədə müsabiqənin test imtahanı mərhələsindən uğurla keçmiş bir namizəd iştirak edib.
Yekun nəticələrə əsasən, müsahibədən müvəffəqiyyətlə keçmiş Rzayeva Turanə Vaqif qızına ixtisas attestatının verilməsi barədə qərar qəbul edilib.