Dövlət Komitəsinin kollektivi Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər

12 dekabr 2023

Paylaş:

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla anılıb.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi hörmətlə yad edilib.