Uşaq Səfirlər Məclisinin üzvləri “GameTech” oyun texnologiyaları sahəsində startaplar hakatonunda qalib olublar

12 dekabr 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin nümayəndələri Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “GameTech” oyun texnologiyaları sahəsində startaplar hakatonunda qalib olublar.

Hakatonda iştirak edən Uşaq Səfirlər Məclisinin üzvləri Jalə Muradlı, Məryəm Hacıyeva və Zahid İbrahimlinin təmsil olunduğu komandanın təqdim etdiyi “Lost Control” oyun layihəsi müvafiq nominasiya üzrə birinci yerə layiq görülüb.