Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində bədii-yaradıcılıq görüşü keçirilmişdir

2 dekabr 2014

Paylaş:

 Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsi və Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində mütəmadi olaraq tədbirlər keçirir. Tədbirlər çərçivəsində tərbiyə müəssisəsində uşaqların cəmiyyətə inteqrasiyası, yeniyetmələrin asudə vaxtının səmərəli təşkili, onlarda bədii qiraətə marağın, dünya görüşlərinin və intellektlərinin artırılması, onların fiziki inkişafının və sağlam həyat tərzinin  formalaşdırılması, valideynləri ilə görüşlərin keçirilməsi, onların ehtiyaclarının öyrənilməsi və maarifləndirilməsi istiqamətində işlər aparılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi növbəti tədbir olaraq 2 dekabr 2014-cü il tarixində Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində islah olan uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda bədii qiraətə marağın artırılması məqsədi ilə Azərbaycan Yazıçılar Birliyinin katibi Azərbaycan xalq yazıçısı, PEN. klubunun prezidenti Çingiz Abdullayevlə görüş keçirmişdir. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, AQUPDKN-nın əməkdaşı Emma Xankişiyeva, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsinin və Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsinin rəsmi nümayəndələri, KİV  və digər qonaqlar iştirak etmişdilər. Görüşdə “Yeniyetmələrin formalaşmasında bədii qiraətin rolu” mövzusunda müzakirələr aparılmış və tövsiyələr verilmişdir.Öz yaradıcılığında gənclərə və yeniyetmələrə  geniş yer vermiş xalq yazıçı Çingiz Abdullayevin  əsərləri barədə söhbət aparılaraq, yeni çapdan çıxmış kitablarının təqdimatı keçirilmişdir. Həmçinin  tədbir iştirakçıları tərəfindən Tərbiyə Müəssisəsinin kitabxanasına yeni çapdan çıxmış kitablar təqdim olunmuşdur.