“Ailə dəyərləri. Ailənin psixoloji iqlimi” mövzusunda növbəti görüş keçirilib

1 dekabr 2023

Paylaş:

“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.4.5-ci bəndinin icrası məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1 dekabr 2023-cü il tarixdə həssas əhali qrupuna aid olan qadınlarla görüş baş tutub.

Görüşdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdiri Gülnarə  Məmmədova, ailə və qadın problemləri üzrə həkim-psixoloq İlhamə Balakişiyeva çıxış edərək, görüş iştirakçılarına ailədə müsbət psixoloji iqlimin qorunub saxlanılması, ailədaxili münasibətlər və yaranan problemlər, yeniyetmələrin ailədə şəxsiyyət kimi formalaşmasına təsir edən amillər,  uşaqlara milli-mənəvi dəyərlərin və ailə dəyərlərinin düzgün aşılanması barədə məlumatlar verib, görüş iştirakçılarının mövzu ilə bağlı suallarını cavablayıblar.

Sonra iştirakçılara ailə dəyərləri və ailədaxili münasibətlərin düzgün qurulmasından bəhs edən sosial çarxlar nümayiş etdirilib, maarifləndirmə vəsaitləri paylanıb.