“Ailə dəyərləri. Ailənin psixoloji iqlimi” mövzusunda görüş keçirilib

3 noyabr 2023

Paylaş:

“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.4.5-ci bəndinin icrası məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının dəstəyi ilə 3 noyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri Kimya Sənaye Parkında yerləşən “BETEX Tekstil” MMC-nin işçi kollektivi ilə görüş keçirilib.

 Görüşdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Səmra Əliyeva, ailə və qadın problemləri üzrə həkim-psixoloq İlhamə Balakişiyeva çıxış edərək, görüş iştirakçılarına ailə dəyərləri, ailədaxili münasibətlər və yaranan problemlər, valideyn-uşaq münasibətlərinin düzgün qurulması, uşaqlara milli-mənəvi dəyərlərin və ailə dəyərlərinin düzgün aşılanması barədə məlumatlar verib, görüş iştirakçılarının ailə məsələləri ilə bağlı suallarını cavablayıblar.

Görüşdə 70-dən çox qadın iştirak edib. İştirakçılara ailə dəyərlərindən, ailədaxili münasibətlərin düzgün qurulmasından bəhs edən sosial çarxlar nümayiş etdirilib və maarifləndirmə vəsaitləri paylanıb.