İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə elan edilmiş müsabiqənin müsahibə mərhələsi keçiriləcək

1 dekabr 2023

Paylaş:

Məlumat üçün bildiririk ki, müsabiqənin birinci mərhələsi olan test imtahanı Komitədə yaradılmış Müsabiqə Komissiyası tərəfindən 29 noyabr 2023-cü il tarixində keçirilmiş, nəticədə bir namizəd keçid balını toplayaraq, müsabiqənin növbəti mərhələsində - müsahibədə iştirak hüququ əldə etmişdir.

Növbəti olaraq, Müsabiqə Komissiyası tərəfindən 04 dekabr 2023-cü il tarixində, saat 11:00-da, Komitənin Akt zalında birinci mərhələni keçmiş namizəd üçün müsahibə keçiriləcək.

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 268 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”nın 2.29-2.34-cü maddələrinə əsasən keçiriləcək müsahibə başa çatdıqdan sonra nəticəsi barədə Komitənin rəsmi saytında məlumat yerləşdiriləcək.