Sağlam həyat tərzinin təbliği məqsədilə regionlarda silsilə tədbirlər keçirilib

29 noyabr 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Zərdab, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən aidiyyəti qurumlarla birlikdə təhsil müəssisələrində uşaq, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin formalaşdırılması, təbliği və davranış risk amilləri barədə maarifləndirici görüşlər keçirilib.

Maarifləndirici görüşlərdə gənc nəslin sağlamlığını qorumaq naminə bütün zəruri tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb, sağlam həyat tərzinin təbliği və formalaşdırılması istiqamətində ölkəmizdə görülən işlərdən danışılıb.

Ekspertlər insan sağlamlığına təsir edən amillərdən və xəstəliklərin profilaktikasından, narkomaniyanın fəsadlarından danışaraq yeniyetmə və gəncləri sağlam həyat tərzinin normalarına riayət etməyə, zərərli vərdişlərdən uzaq durmağa çağırıblar.

İnteraktiv şəkildə keçirilən tədbirlərdə iştirakçıların sualları cavablandırılıb, mövzu ilə əlaqəli bukletlər və stikerlər paylanılıb.