İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə elan edilmiş müsabiqənin test imtahanı keçiriləcək
Paylaş:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 268 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”nın 2.19-cu bəndinə əsasən, 25 sentyabr 2023-cü il tarixində Komitənin rəsmi internet informasiya ehtiyatında informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə keçiriləcək müsabiqəyə sənəd qəbulu elanı və “Müsabiqə proqramı” yerləşdirilmişdir.
Elan üzrə 1 ekspert təşkilatı tərəfindən 3 namizədin müsabiqədə iştirakı ilə bağlı Komitəyə müraciət daxil olmuşdur.
Qaydaların 2.1-2.7-ci bəndlərinə əsasən, təqdim olunmuş sənədlərə Komitə tərəfindən baxılaraq, namizədlərin müsabiqəyə buraxılması haqqında qərar qəbul edilmişdir.
İki mərhələdən ibarət olan müsabiqənin test imtahanı 29 noyabr 2023-cü il tarixində, saat 11:00-da Komitənin Akt zalında (ünvan: Ü.Hacıbəyli 80, Hökümət Evi, IV qapı) keçiriləcək.