“Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi” üzrə Konfransı işə başlayıb

20 noyabr 2023

Paylaş:

Bu gün Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iyul ayında nazirlər səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elan etdiyi təşəbbüs çərçivəsində 40-a yaxın ölkənin və bir sıra beynəlxalq təşkilatın yüksək səviyyəli qonaqlarının iştirakı ilə Qoşulmama Hərəkatının “Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi” üzrə Konfransı işə başlayıb.

İki gün ərzində baş tutacaq Konfrans əsnasında Qoşulmama Hərəkatı çərçivəsində qadın hüquqlarının irəlilədilməsi, qadınların səlahiyyətləndirilməsi, habelə onların dayanıqlı inkişaf, iqtisadi artım, sülh və təhlükəsizlik məsələləri və digər sahələrdəki önəmli rolu kimi mövzularda interaktiv panel müzakirələri təşkil ediləcək.