Dövlət Komitəsinin sədri Belarus Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini ilə görüşüb

21 noyabr 2023

Paylaş:

Dövlət Komitəsinin sədri Bahar Muradova “Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi” konfransı çərçivəsində ölkəmizə səfər edən Belarus Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Marina Artsiomenka ilə görüşüb.

Görüş zamanı hər iki ölkədə aparılan qadın siyasətindən söz açılıb, qadın hüquqları, ailələrin rifahının təmin olunması sahəsində mövcud vəziyyət təhlil edilib, həyata keçirilən tədbirlər haqqında danışılıb. Eləcə də mümkün əməkdaşlıq imkanları, birgə reallaşdırıla biləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Sonda xatirə fotosu çəkdirilib.