Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilib

7 noyabr 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən aidiyyəti qurumlarla birlikdə Zəfər Günü ilə əlaqədar silsilə görüşlər keçirilib, o cümlədən rəsm üzrə ustad dərsləri, sərgilər, muzeylərə ekskursiyalar təşkil edilib, Şəhidlər Xiyabanları, şəhid ailələri və müharibə iştirakçılarının ailələri ziyarət edilib.