4 saylı Qadın Cəzaçəkmə Müəssisəsində görüş keçirilmişdir

19 dekabr 2014

Paylaş:

Azərbaycanda uşaqlarla bağlı  çoxsaylı dövlət proqramları qəbul edilir və bu sahədə güclü dövlət siyasəti həyata keçirilir. Valideyn məsuliyyəti təkcə uşağı dünyaya gətirməklə bitmir, onun düzgün tərbiyəsi də vacib amildir. Vaxtında həll edilməyən problemlər gələcəkdə həm valideyn, həm də uşaqlar üçün müəyyən çətinliklər yaradır. Bütün bunların qarşısının alınması istiqamətində geniş maarifləndirmə tədbirləri aparılmalıdır.Bununla bağlı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsi ilə birgə əməkdaşlıq çərçivəsində 4 saylı qadın cəzaçəkmə müəssisəsində 10 dekabr 2014-cü il tarixində  məhkum anaların internat və uşaq evlərində tərbiyə alan uşaqlar və onların müəllimləri ilə görüşünün təşkil edilmişdir. Görüşün təşkil edilməsində məqsəd valideyin məsuliyyətinin məhkum qadınlar arasında təbliği, onlara mənəvi dəstəyin göstərilməsidir.Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri Şöbəsinin müdiri Cəmilə Bağırova belə bir görüşün təşkili üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsinə öz dərin təşəkkürünü bildirdi. Daha sonra çıxış edərək məhkum qadınların və onların uşaqlarının  problemləri ilə bağlı verilən suallara aydınlıq gətirdi.Bütün bu işlər eyni zamanda məhkum qadınların problemlərinin öyrənilməsi, həlli və cəmiyyətə adaptasiyası istiqamətinə yönəlib. Tədbirdə valideyn nəzarətindən kənar qalan uşaqların aqibəti və onun mənfi nəticələri barədə məlumatlar çatdırılıb. Dəyirmi masada internat və uşaq evlərinin rəhbər işçiləri, uşaqlarla işləyən psixoloqlar tərəfindən  məhkum anaların uşaqlarla bağlı sualları cavablandırılmışdır.