“Qadınların rəqəmsal bacarıqlarının artırılması” mövzusunda təlim keçirilib

3 noyabr 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində “Qadınların rəqəmsal bacarıqlarının artırılması” mövzusunda təlim keçirilib.

Açılış nitqləri ilə çıxış edən Komitə əməkdaşı Zəminə Səfərova, Ağalı kənd orta məktəbin direktoru Nərmin Həsənova müasir dövrdə rəqəmsal bacarıqların artırılmasının vacibliyini vurğulayıb, məhz qadınlar üçün təşkil olunan belə təlimlərin əhəmiyyətindən bəhs ediblər.

Daha sonra beynəlxalq sertifikatlı mütəxəssis Aygün Əhmədova “Qadınların rəqəmsal bacarıqlarının artırılması” mövzusunda təqdimatla çıxış edərək iştirakçıların gələcəkdə özlərinin rəqəmsal biliklərini artırması və innovativ idealarla tanışlığı üçün istifadə edə biləcəkləri onlayn kontentlər barədə danışıb. Həmçinin, onlara bu bilikləri öz ailə üzvlərinə çatdırmaqda aktiv olmağı, dünyada gedən ağıllı kənd və innovativ təşəbbüsləri izləməyi, gündəlik həyatlarına daxil etməyi tövsiyə olunub.

Təlim müzakirələrlə davam edib,onları maraqlandıran suallar cavablandırılıb.

Sonda 40 nəfər iştirakçıya sertifikatlar təqdim edilib.