Bahar Muradova Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Qızlar Liseyində olub
Paylaş:
Dövlət Komitəsinin sədri Bahar Muradova Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Qızlar Liseyində olub.
Sədr, Liseyin tədris prosesi ilə yaxından tanış olub, həmçinin milli-mənəvi dəyərlərin yaşadılması, onların gənc nəslə ötürülməsi məqsədilə fəaliyyət göstərən dərsdənkənar klunariya, tikiş-toxuculuq və xalçaçılıq dərnəklərinə baxış keçirib.
Bildirilib ki, 30 ildən artıq fəaliyyət göstərən Naxçıvan Qızlar Liseyinin əsas məqsədi burada təhsil alan hər bir şagirdi savadlı, vətənpərvər, dünyagörüşlü, Azərbaycan qadınının yüksək mənəvi keyfiyyətlərini özündə daşıyan və milli adət-ənənələrimizi yaşadan, tanıdan xanım kimi formalaşdırmaqdır.