“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli fəaliyyət Planı”nı rəhbər tutaraq,«Açıq qapı» vətəndaş forumun keçirilmişdi

16 dekabr 2014

Paylaş:

16 dekabr 2014-cü il tarixində, saat 10:00-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli fəaliyyət Planı”nı rəhbər tutaraq,«Açıq qapı» vətəndaş forumun keçirilmişdi. “Milli Fəaliyyət Planı”nda dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, ictimaiyyət ilə sıx əlaqələrin qurulması və ictimai iştirakçılığın genişləndirilməsi ilə bağlı bir sıra prinsiplər yer almışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu prinsiplərdən irəli gələrək belə tədbirlərin təşkilini davam etdirməkdədir. Tədbirdə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova iştirak etmişdir. Eyni zamanda “Əlil Qadınlar Cəmiyyətinin” sədri Məhluqə Rəhimova, “Modern Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva, “Təmiz Dünya” Vətəndaş Hüquqları uğrunda İctimai Birliyin sədri Mehriban Zeynalova, “Ümid Yeri” təşkilatının sədri Nigar Məsimli, “Yeni Həyat” təşkilatının sədri Nailə İsmayılova, “Hüquq Dünyası Hüquqi Təbliğat” İctimai Birliyinin sədri Nazir Quliyev iştirak etmişdir. Vətəndaşları qəbul edən Komitə sədri onların problemlərini dinləyərək, bir çoxunun elə yerindəcə həll edilməsinə nail olmuşdur. Bu müraciətlər arasında  qadın hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlr  yer tutur. Eyni zamanda, Komitəinin fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur.

Forumun çərçivəsində ailə, qadın və uşaq məsələləri üzrə Qeyri-Hökümət Təşkilatlarınnümayəndələrinin təklif və rəylərinin dinlənilmişdi. Bu təkliflər içərisində Komitənin nəznində Ana və uşaq fondunun yaradılması, uşaq baxcaları ilə bağlı monitorinqlərin aparılması və gücləndirilməsi,regionlarda krizis mərkəzlərinin yaradılması, internat evlərinin məzunlarının yaşayış evi ilə təmin olunması, ailə dəyərləri haqqında sosial roliklərin sayının artırılması, QHT-r barəsində informasiya bazasının yaradılması kimi maraqlı mövzulara toxunulmuşdu. Tədbirin sonunda yekun müzakirələr aparılmışdır.