Regionlar üzrə Azərbaycan Qadınlarının VI Qurultayında iştirak edəcək nümayəndələrin seçimi davam edir

12 oktyabr 2023

Paylaş:

Qazax, Daşkəsən, Gəncə, Şəmkir, Tovuz, Naftalan, Goranboy, Ağstafa, Göyəzən, Samux rayonlarında keçirilən görüşlərdə rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fəallığı ilə seçilən qadınlar iştirak ediblər.

Çıxış edənlər müstəqil Azərbaycan qadınlarının ictimai-siyasi həyatında dönüş mərhələsi olan Azərbaycan Qadınlarının I Qurultayından söhbət açaraq bildiriblər ki, bu il 25-ci ildönümünü qeyd etdiyimiz bu mötəbər tədbirlə cəmiyyət həyatında, ictimai-siyasi proseslərdə qadınların rolu əhəmiyyətli dərəcədə artdı.

Eyni zamanda qeyd edilib ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə dövlətçiliyimizin prioritet istiqamətlərindən biri kimi daim diqqətdə saxlanılır.

Görüşlərdə aktual mövzular ətrafında müzakirələr aparılıb, təklif və tövsiyələr dinlənilib, daha sonra qurultayda müvafiq rayonları təmsil edəcək nümayəndələr seçilib.