11 Oktyabr - Beynəlxalq Qızlar Günü münasibətilə regionlarda tədbirlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Goranboy, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 11 Oktyabr - Beynəlxalq Qızlar Günü münasibətilə tədbirlər keçirilib.
UADM-lərdə, təhsil müəssisələrində və uşaq evlərində keçirilən tədbirlərdə aidiyyəti qurumların əməkdaşları, ekspertlər, Uşaq Səfirlər Məclisinin üzvləri, şagird, tələbə kollektivi, həmçinin icma sakinləri, valideynlər iştirak ediblər. Tədbirlərdə gender əsaslı cins seçiminin qarşısının alınması, qızların təhsildən yayındırılması, erkən nikah mövzuları ətrafında sosial videoçarxlar nümayiş etdirilib, müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda iştirakçılara maarifləndirmə materialları paylanılıb.