Regionlarda sağlam həyat tərzinin təbliği ilə bağlı maarifləndirici görüşlər keçirilib

9 oktyabr 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən bölgələrdə uşaq, yeniyetmə və gənclər, o cümlədən gənc ailələr arasında sağlam həyat tərzinin formalaşdırılması və davranış risk amilləri barədə maarifləndirici görüşlər keçirilib.

Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Zaqatala, İsmayıllı rayonu və Bakı şəhər Xəzər rayonunun təhsil müəssisələrində və kənd həkim məntəqələrində keçirilən tədbirlərdə mərkəzlərin və aidiyyəti qurumların əməkdaşları, eksperlər və tibb işçiləri tərəfindən sağlam həyat tərzi ilə bağlı təqdimatlar nümayiş etdirilib.

Görüşlərdə gigiyena qaydaları, düzgün qidalanma, reproduktiv sağlamlığın qorunması, yeniyetməlik dövrünə məxsus fizioloji və psixoloji dəyişikliklər və zərərli vərdişlər barədə ətraflı məlumat verilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzular üzrə maarifləndirmə materialları paylanılıb.

Maarifləndirici görüşlərdə ümumilikdə 461 nəfər bəhrələnib.