Sabirabad şəhərində Əmək Yarmarkası
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı çərçivəsində “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” layihəsinin yekunu olaraq 24 dekabr 2014-cü il tarixində Sabirabad şəhərində Əmək Yarmarkası təşkil etmişdir. Əmək Yarmarkası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, BMT-nin İnkişaf Proqramı ,Sabirabad Rayon İcra Hakimiyyəti və Sabirabad Rayon Məşğulluq idarəsi tərəfindən təşkil olunmuşdur.
Əmək Yarmarkasının keçirilməsində məqsəd kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi vəziyyətinin yaxşılaşdırılması olmuşdur.
Tədbirdə Komitənin sədr müavini Sədaqət xanım Qəhrəmanova,Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov, RİHB-nın müavinləri və digər səlahiyyətli nümayəndələri, BMT-nin Yerli Nümayəndəsinin müavini Nato Alhazişvili, 25 idarə və təşkilat və 100 nəfərdən çox rayon sakini iştirak etmişlər.
Tədbir Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun iştirakçıları salamlaması və giriş sözü ilə başladı. Sonra söz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovaya verildi. Sədaqət xanım öz çıxışında qadınlara müəyyən tövsiyyələrini verdi. Daha sonra BMT-nin Yerli Nümayəndəsinin müavini Nato Alhazişvili çıxış etdi. Qonaqların çıxışından sonra Əmək Yarmarkası başladı. Rayon sakinləri fəallıqla yarmarkada iştirak etdilər. Yarmarkada Dəmir Bank, Azər Kredit, Bank Respublika kimi 3 bank Aptek, Təhsil şöbəsi, Mərkəzi Rayon Xəstəxanası, Mexaniki suvarma idarəsi və bu kimi digər idarə və təşkilatlar iştirak etdi.
Əmək Yarmarkasının gedişində İdarə və təşkilatlar onlara uyğun olan işaxtaranların tərçümeyi – halları qəbul edərək qeydiyyata aldılar və hal-hazırda həmin işaxtaranların işə qəbulu üçün proseslər davam edir.
Sonda həm idarə və təşkilatlar, həm də işaxtaranlar layihənin tədbirindən olduqca razı qaldıqlarının bildirdilər. Onlar belə tədbirlərin vaxtaşırı keçirilməsini təklif etdilər.