Anım Günü münasibətilə Bakıda inşası davam etdirilən Zəfər Parkı ziyarət edilib

27 sentyabr 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi 27 Sentyabr – Anım Günü münasibətilə Bakıda inşası davam etdirilən Zəfər Parkını ziyarət ediblər.

Parkın girişində xatirə daşının önünə gül dəstələri qoyublar, şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.

Ziyarət zamanı Prezident cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncam ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması haqqında məlumat verilib.