Bilik Günü münasibətilə regionlarda tədbirlər keçirilib

15 sentyabr 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 15 Sentyabr - Bilik Günü münasibətilə müxtəlif tədbirlər keçirilib, o cümlədən uşaqların ödənişsiz tibbi müayinəsi, təhsildən yayınan, əlilliyi olan uşaqların ailələrinə səfərlər, musiqili-əyləncəli proqramlar təşkil edilib.

Tədbirlərdə UADM-lərin əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, Rayon İcra hakimiyyəti başçılarının ərazi dairəsi üzrə nümayəndələri, tibb məntəqəsinin işçiləri, həssas təbəqədən olan ailələr iştirak ediblər.

Tədbirlərdə çıxış edənlər təhsilin əhəmiyyətindən danışıb, yeni dərs ilinin başlanması münasibətilə uşaqları təbrik edib, onlara uğurlar arzulayıblar. Sonra uşaqlara məktəbli geyimləri, çantaları və ləvazimatları hədiyyə edilib, xatirə şəkilləri çəkilib.