“Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində növbəti ailələr
Paylaş:
Abşeron rayonu- Əhmədovlar ailəsi
“Ailədə xoşbəxtliyi mehribançılıqda, uzunömürlülüyü isə əməkdə görürük. Həyat yoldaşları bir-birlərinə qayğı ilə yanaşmalıdır, birlikdə övladlarını sevgi ilə böyütməlidir, ailədə hər bir problemi yumor hissi ilə qarşılayaraq həll yolunu tapmalıdırlar.”
Ağcabədi rayonu – Hüseynovlar ailəsi
58 il birgə ömür sürən ailənin uzunömürlülüyünün sirri zəngin ailə dəyərlərinə bağlılıq, qarşılıqlı hörmət və sevgi üzərində qurulmasına əsaslandığını qeyd edən Qaraş və Həmişə Hüseynovlar böyüklərə hörmət, uşaqlara qayğı, ailə dəyərlərinə sadiq kimi keyfiyyətlərə malik övladlar böyütməsi onların necə məsuliyyətli, qayğıkeş, müdrik, diqqətli valideynlər olduğunu göstərdiyini bir daha vurğulayır.
Qusar rayonu- Rzayevlər ailəsi
“Sağlam ailənin təməli sevgi, səmimi münasibətlərə söykənir. Gözəl məhəbbətlə qurulan ailənin ömrü də uzun olar. Sevgi olmasa,yaşayış da olmaz.”
Kürdəmir rayonu- Qədirovlar ailəsi
Ali təhsil almış dörd övlad tərbiyə etmişik, cəmiyyətdə layiqli, ziyalı, vətənini sevən ailə tablosu kimi tanınırıq. Doqquz ali təhsilli nəvə və doqquz nəticə sahibiyik, beş nəvə toyu sevincini yaşamışıq. Nəvələrinin hər biri dövlət qulluğunda müxtəlif vəzifələrdə çalışırlar. Düşünürük ki, ailədə hörmət, sevgi əsasdır.
Kəlbəcər rayonu- İsayevlər ailəsi
Bizim ailəmizin sütunu düzlük-doğruluq üzərində qurulub. Heç zaman bir-birimizə yalan söyləməmişik.Ailəmizin uzunömürlü olmasının bir səbəbi də qarşılıqlı münasibət və birlikdir. Bu dövr ərzində milli dəyərlərimizi həmişə qoruyub saxlamışıq. Ehtiyacımızı heç zaman üzə verməmişik. Arzum budur ki, bütün ailələr bizim kimi uzunömürlü olsun !