Tərtərdə vətəndaşlar qəbul ediləcək
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 13 sentyabr 2023-cü il tarixində, saat 11:00-da Tərtər rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.
Qəbulda Tərtər və Bərdə rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılacaq.