“Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində keçirilən yekun görüş Tərtər rayonunun Talış kəndində baş tutub
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə növbəti səfər 15, 16, 17 avqust 2023-cü il tarixində Tərtər rayonunun Xoruzlu, Qazyan, Hüseynli, Evoğlu və Talış kəndlərinə təşkil edilib.
Uşaqların asudə vaxtının səmərəli təşkili, uşaq hüquqları sahəsində maarifləndirmənin təmini məqsədilə davam edən təlimlərdə 122 uşaq iştirak edib.
Səfər zamanı Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin əməkdaşı Aynur Məmmədova və “JOY” Uşaq İnkişaf Mərkəzinin mütəxəssisi, psixoloq Lalə Vəliyeva tərəfindən uşaqlar arasında müxtəlif qrup işləri keçirilib, müzakirələr aparılıb, uşaq hüquqları haqqında məlumatlandırıcı çap materialları, yapışqanlı stikerlər paylanılıb.
Qeyd edək ki, bundan öncə 7, 8, 9 iyun tarixlərində Xızı rayonunun Altıağac, Şorabad qəsəbələrinə və Fındığan, Tıxlı, Yeni Yaşma kəndlərinə, 27 iyul tarixində Zəngilan rayonunun Ağalı kəndinə, eləcə də, 8, 9, 10 avqust tarixində Yardımlı rayonunun Çayüzü, Avaş, Vərgədüz, Bərcan və Astanlı səfərlər təşkil edilmişdir. Layihə çərçivəsində təşkil edilən görüşlərdə ümumilikdə 400-ə yaxın uşaq iştirak edib.