Komitə sədri vətəndaşları qəbul edib
Paylaş:
29 avqust 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Sumqayıt şəhərində vətəndaşları qəbul edib.
Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Sumqayıt şəhərindən və Qubadlı rayonundan sakinlər iştirak ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmələri rəhbərlərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Mövzular əsasən uşaqların təhsili, işlə təmin olunma, uşaqla ünsiyyət, erkən nikah və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.
Görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.