Uşaq və Ailələrə Dəstək Mərkəzlərində növbəti “açıq qapı” günü keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə növbəti “açıq qapı” günü keçirilib.
Ağdam rayonunun Birinci Quzanlı, Göygöl rayonunun Əlimədətli, Hacıqabul rayonunun Tava, Saatlı rayonunun Mustafabəyli, Zərdab rayonunun Qaravəlli, İsaqbağı, Nəzəralılı, Şahhüseynli, Əlvənd, Otmanoba kənd və qəsəbələrində “Açıq qapı” günü səyyar şəkildə keçirilib.“Açıq qapı” günündə daxil olan müraciətlər arasında UADM-lərin xidmətlərindən istifadə (psixoloji konsultasiya, ünsiyyət terapiyası, aktiv öyrənmə, inkişafetdirici məşğələ) üstünlük təşkil edib.
“Açıq qapı” günündə ümumilikdə ailədaxili münasibətlərin tənzimlənməsi, təhsil məsələləri, aliment, boşanma, qəyyumluq, müalicə, hüquqi yardım, sosial müavinətlər, məşğulluq, əlilliyi olan şəxslərə dəstəklə bağlı 125 müraciət dinlənilib, onların həlli istiqamətində vətəndaşlara müvafiq dəstək göstərilib.