“Günəş hamı üçündür” adlı məlumat kitabçası
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün “Günəş hamı üçündür” adlı məlumat kitabçası hazırlanmış və çap edilmişdir. Kitabçanın hazırlanmasında məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərini məlumatlandırmaq və onlara dəstək olmaqdır. Bələdçi valideynlərə bir çox sualları cavablandırmaqda kömək ola bilər. Kitabçanın elektron nüsxəsi ilə Komitənin rəsmi saytında tanış olmaq mümkündür.