“www.eudi.az” portalı vasitəsi ilə keçirilən maarifləndirmə işləri Komitənin iştirakı ilə davam etdiriləcək
Paylaş:
Böyük məmnuniyyət hissi ilə bildirmək istərdik ki, cari aydan etibarən “www.eudi.az” portalı vasitəsi ilə həyata keçirilən maarifləndirmə işləri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə davam etdiriləcəkdir.
Portalın işinin davam etdirilməsində tərəfimizdən qarşıya qoyulan məqsəd erkən uşaqlıq dövrü sahəsində daha da geniş kütlənin məlumatlandırılması, maraqlı və lazımi materialların daha da zənginləşdirilməsi, müxtəlif mütəxəssislərlə əhalinin virtual görüşlərinin sayının artırılmasıdır.