“Biz gələcəyik!” adlı yay düşərgəsinin dördüncü günü baş tutub
Paylaş:
“Biz gələcəyik!” adlı yay düşərgəsinin dördüncü günündə iştirakçılara “Zamanın idarə olunması” adlı növbəti təlim keçirilib. Təlimdə uşaqlara vaxtın xüsusiyyətləri, Zenhaur metodu, alətlər və resurslar, vaxtın idarə olunmasının əsasları praktik metodlarla izah edilib. Təlim çərçivəsində qrup işlərinə və yeni innovativ üsullara üstünlük verilib.
Yay düşərgəsinin dördüncü günü əyləncəli oyunlar və film saatı ilə yekunlaşıb.