Dövlət Komitəsinin könüllülük proqramı çərçivəsində növbəti təlim keçirilib

26 iyul 2023

Paylaş:

26 iyul 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin könüllülük proqramı çərçivəsində “Şifahi ünsiyyətdə nitq mədəniyyətinin əhəmiyyəti” mövzusunda təlim keçirilib.

Könüllülərin sosial həyatda iştirakının təmin edilməsi, peşəkar ünsiyyət qurma və özünü təqdimetmə bacarıqlarının artırılması məqsədi ilə təşkil olunan təlimdə, Dövlət Komitəsinin əməkdaşı Pərvanə Əsgərzadə zəruri rəftar, şifahi nitqdə davranış normaları, dinləmə və nitq mədəniyyətinin iş həyatına bilavasitə təsirləri, praktik fəaliyyət vərdişlərində və ictimai vəzifələrin həyata keçirilməsində nitqin rolundan danışıb.

Təlim zamanı könüllülər arasında rollu oyunlar vasitəsilə səlis nitq, mimika, intonasiya və bədən dili nümunələri göstərilib. Mövzuya dair iştirakçıların sualları cavablandırılıb.