“Biz gələcəyik!” adlı yay düşərgəsinin üçüncü günündə iştirakçılara növbəti təlim keçirilib

26 iyul 2023

Paylaş:

“Biz gələcəyik!” adlı yay düşərgəsinin üçüncü günündə iştirakçılara “Düşüncə və yanaşma tərzi” adlı növbəti təlim keçirilib.

Təlimdə uşaqlara problemlərin səbəblərinin araşdırılması, səbəb-nəticə əlaqəsinin qurulması, mövcud problemlərin həll yollarının təklifində kreativliyin təmin edilməsi kimi məsələlər praktik çalışmalarla təqdim edilib.

Daha sonra Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvləri Nəzrin Bayramlı və Rüfət Əzizzadə tərəfindən “İnternet təhlükəsizliyi” mövzusunda təlim keçirilib. Təlim zamanı uşaqlara “Fişinq” (sosial media yolu ilə manipulyasiya), kiber hücumlar və kiber zorakılıq hallarından qorunmağın yolları ilə bağlı məlumat verilib.

“Biz gələcəyik” yay düşərgəsinin üçüncü günü stolüstü oyunlar və musiqili əyləncə ilə başa çatıb.