Naxçıvanda sahibkar qadınların iştirakı ilə dəyirmi masa keçirilib

24 iyul 2023

Paylaş:

“Qadın sahibkarlığının inkişafı Ulu Öndərin müəyyən etdiyi iqtisadi strategiyanın prioritet istiqamətlərindəndir” mövzusunda dəyirmi masa keçirilib.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə sahibkar qadınların iştirakı ilə dəyirmi masa keçirilib.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları Rəşad Mirzəyev və Aynur Həsənova çıxış edərək, qadın sahibkarlığının inkişafı və qadınların dövlət və qeyri-dövlət sektorundakı fəaliyyət istiqamətlərindən bəhs ediblər.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zərnigar Orucəliyeva “Qadın sahibkarlığının inkişafı: həyata keçirilən layihələr, təcrübə, prespektivlər və əldə olunan nailiyyətlər” mövzusunda məruzə ilə çıxış etdikdən sonra müzakirə və fikir mübadiləsi aparılıb, sahibkar qadınları maraqlandıran suallar cavablandırılıb.

Sonda iştirakçılara maarifləndirici vəsaitlər, qida və sənaye etiketləri paylanılıb.