Dövlət Komitəsi tərəfindən mətbu nəşrlərin müvafiq yaş kateqoriyasına uyğun işarələnmə vəziyyətinə nəzarət məqsədilə nəşriyyat evlərinə səfər təşkil olunub
Paylaş:
“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun icrası ilə əlaqədar, mətbu nəşrlərin müvafiq yaş kateqoriyasına uyğun işarələnmə vəziyyətinə nəzarət məqsədi ilə “Hədəf Nəşrləri” və “XAN Nəşriyyatı” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus nəşriyyat evlərinə səfər həyata keçirilib.
Səfər çərçivəsində mətbu nəşrlərin müvafiq yaş kateqoriyasına uyğun işarələnmə vəziyyəti yoxlanılaraq, informasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması ilə bağlı müvafiq tövsiyələr verilib.