Komitə tərəfindən müsabiqənin müsahibə mərhələsi keçirildi

17 iyul 2023

Paylaş:

 17 iyul 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Müsabiqə Komissiyası tərəfindən informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə elan edilmiş müsabiqənin ikinci mərhələsi olan müsahibə keçirilib.

Müsahibədə müsabiqənin birinci mərhələsindən uğurla keçmiş üç namizəd iştirak edib.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 268 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”nın 2.32-ci yarımbəndinə əsasən, müsahibənin nəticəsi üzrə 4 (dörd) və daha çox bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur.

Yekun nəticələrə əsasən, iki namizəd 4 (dörd) və daha çox bal toplayaraq müsahibədən müvəffəqiyyətlə keçib.

Müsabiqə Komissiyasının iclası keçirilib, müsahibədən müvəffəqiyyətlə keçmiş Hüseynova Vüsalə Qələmirzə qızı və Rəhimova Lamiyə Cavanşir qızına ixtisas attestatının verilməsi barədə qərar qəbul edilib.