“Qadın sahibkarlığının inkişafında mövcud çətinliklər”
Paylaş:
Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Bakı-Xəzər Qadın Resurs Mərkəzi ilə birgə “Qadın sahibkarlığının inkişafında mövcud çətinliklər” mövzusunda görüş keçirilib.
Dövlət Reklam Agentliyi, Xəzər rayon İcra Hakimiyyəti, Dövlət Vergi Xidməti, Dövlət Məşğullluq Xidməti, Sahibkarlığın İnkişafı Fondu, ABAD, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) nümayəndələrinin təmsil olunduqları görüşdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən fəaliyyətlər barədə müzakirələr aparılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Aytəkin Hacıyeva çıxış edərək, Komitə tərəfindən qadın sahibkarlığının inkişafı, gələcəkdə onların iqtisadi fəallığının artırılması və məşğulluğunun gücləndirilməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib.
Görüşün sonunda qadın sahibkarları maraqlandıran suallar cavabladırılaraq eyni zamanda onların qarşılaşdıqları maneələr barədə ətrafli fikir mübadiləsi aparılıb.