İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə keçirilmiş müsabiqənin müsahibə mərhələsi keçiriləcək
Paylaş:
Məlumat üçün bildiririk ki, müsabiqənin birinci mərhələsi olan test imtahanı Komitədə yaradılmış Müsabiqə Komissiyası tərəfindən 07 iyul 2023-cü il tarixində keçirilib. Nəticədə üç namizəd keçid balını toplayaraq, müsabiqənin növbəti mərhələsində - müsahibədə iştirak hüququ əldə edib.
Növbəti mərhələ olaraq, Müsabiqə Komissiyası tərəfindən 17 iyul 2023-cü il tarixində, saat 15:00-da Komitənin Akt zalında birinci mərhələni keçmiş üç namizəd üçün müsahibə keçiriləcək.
Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 268 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”nın 2.29-2.34-cü maddələrinə əsasən keçiriləcək müsahibə başa çatdıqdan sonra nəticəsi barədə Komitənin rəsmi saytında məlumat yerləşdiriləcək