Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində nümunəvi Qəhrəmanovlar ailəsi ilə görüş keçirilib

7 iyul 2023

Paylaş:

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Şahbuz rayon İcra Hakimiyyətinin, eləcə də yeniyetmə və gənclərin iştirakı ilə Şahbuz şəhərində yaşayan, evliliklərinin 65 illiyi tamam olan Qəhrəmanovlar ailəsi ilə görüş keçirilib.

Görüş zamanı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasətinin uğurla davam etdiyi qeyd edilib, Azərbaycanda ailə dəyərlərinin qorunması və təbliği, ailələrin sosial müdafiəsinin gücləndirilməsi, gender bərabərliyinin təmin edilməsi istiqamətində vacib işlərin həyata keçirildiyi vurğulanıb.

Bildirilib ki, ailə dəyərlərinin qorunaraq gənc nəslə çatdırılması, xüsusilə də uzunömürlü, nümunəvi ailələrin evlilik təcrübələrindən yararlanmaq hər zaman önəm daşıyıb. Xalqımızın tarixən qoruyub hifz etdiyi əxlaqi sərvət və normalar, ən ülvi nümunələr, ailə dəyərləri, adət-ənənələr gələcək nəsillərə ötürülməkdədir.

“Ailələrimizi tanıyaq” layihəsinin iştirakçısı olan Qəhrəmanov Məmmədxan Qəhrəman oğlu öz həyatından, ailəsindən, əmək fəaliyyətindən, 5 övladı, 13 nəvəsi və 7 nəticəsi haqqında məlumat verərək qeyd edib ki, ailənin uzunömürlü olması üçün ailədaxilində olan münasibətin qarşılıqlı hörmət, səbr və təmkinli olmaq və sevgiyə dayanaraq daha da möhkəm olması vacib şərtlərdəndir.

Yekunda ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlıqlarını bildiriblər.