İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə test imtahanı keçirildi
Paylaş:
7 iyul 2023-cü il tarixində, Komitə tərəfindən informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə elan edilmiş müsabiqənin test imtahanı keçirilib.
İmtahanın ardınca keçirilən Müsabiqə Komissiyasının iclasında test imtahanının nəticələrinə baxılıb. Belə ki, üç ekspert namizədi tələb olunan keçid balını toplayaraq, müsabiqənin növbəti mərhələsində - müsahibədə iştirak hüququ əldə edib.
Müsabiqə Komissiyası tərəfindən müsabiqənin müsahibə mərhələsinin keçirilməsi barədə qərar verilib.
Müsabiqənin müsahibə mərhələsinin vaxtı barədə məlumat 3 iş günü müddətində Dövlət Komitəsinin rəsmi saytında dərc ediləcəkdir