Uşaqlar üçün yay düşərgəsi təşkil olunub
Paylaş:
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə Futbolun İnkişaf Fondu tərəfindən uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafı məqsədilə 7 günlük futbol düşərgəsi təşkil edilib.
Düşərgənin yekununda uşaqlar sertifikatla təltif edilib, həmçinin təşkilatçılara təşəkkürnamələr təqdim edilib.
Qeyd edək ki, növbəti belə düşərgələr Gəncə şəhərində və Şamaxı rayonunda təşkil olunacaq.
Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə həssas təbəqədən olan ailələrin uşaqları üçün 3 günlük “Yay məktəbi” təşkil olunub.
Uşaqlar 3 gün ərzində asudə vaxtlarını səmərəli keçiriblər. Onlar üçün uşaq hüquqlarının müdafiəsi ilə bağlı təlimlər təşkil edilib, həmçinin müxtəlif ekskursiyalar, maraqlı oyunlar, viktorinalar keçirilib.