“İnsan hüquqları aylığı” çərçivəsində UADM-lər tərəfindən maarifləndirmə tədbirləri keçirilib

16 iyun 2023

Paylaş:

18 İyun - İnsan Hüquqları Günü ilə əlaqədar elan olunmuş “İnsan hüquqları aylığı” çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən aidiyyəti qurumların dəstəyi ilə mərkəzlərdə, təhsil müəssisələrində, mədəniyyət evlərində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə UADM-lərin, idarə və müəssisələrin əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, psixoloq və pedaqoqlar, mərkəz xidmətlərindən bəhrələnən uşaqlar və onların valideynləri, Komitənin Uşaq Səfirlər Məclisinin üzvləri, uşaq, yeniyetmə və gənclər, könüllülər, hüquqşünaslar, müəllimlər, icmadan olan sakinlər iştirak ediblər.

Maarifləndirmə tədbirlərində iştirakçılara insan hüquqları, o cümlədən qadın və uşaq hüquqlarının qorunması sahəsində mövcud olan yerli və beynəlxalq qanunvericilik aktları barədə məlumat verilib. Ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi, qadın hüquqlarının təbliği, gender bərabərliyinin təmin edilməsi istiqamətində görülən işlər barəsində danışılıb.

Eyni zamanda Dövlət Komitəsi tərəfindən 7 iyun 2023-cü il tarixdən etibarən start verilən “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində UADM-lərin fəaliyyət göstərdiyi bölgələrdə, kənd və qəsəbələrdə uşaqlarla səyyar görüşlər keçirilib.

Görüşlər zamanı uşaqlara hüquqları ilə bağlı məlumatlar verilib, interaktiv oyunlar, səhnəciklər, təqdimatlar təşkil edilib, mövzu ilə bağlı uşaqlara yaddaş vərəqələri, yapışqanlı stikerlər paylanılıb.